
Minik avtomobili mikroavtobusla toqquşdu: ölən və yaralı var
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmir rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Qarasaqqal kənd sakini Lazım Mövlan oğlu Rəsulovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Niyaməddin Rəfail oğlu Qədirovun idarə etdiyi "FORD" markalı maşın toqquşub
Nəticədə VAZ markalı maşının sürücüsü L. Rəsulov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. "FORD"un sürücüsü N. Qədirov və sərnişini 46 yaşlı Əfqan Ədalət oğlu İmanov müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17