Mingəçevirdə yaşayış binasında YANĞIN: sakinləri təxliyə olundu
12 iyun 2019 11:56 (UTC +04:00)

Mingəçevirdə yaşayış binasında YANĞIN: sakinləri təxliyə olundu

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə az öncə şəhərin Heydər Əliyev prospekti  35 ünvanında baş verib.
 
Həmin ünvanda yerləşən yaşayış binasının 5-ci mərtəbəsində  başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və təcili yardım briqadası cəlb olunub.
 
Dərhal yanğının qeydə alındığı blokun sakinləri təhlükəsiz sahəyə təxliyə olunub və ardınca yanğın sahəsi lokallaşdırılaraq söndürülüb. Əldə olunan məlumata görə, yanğın mənzilin tüstü sobasında qeydə alınıb.
Hadisə nəticəsində hər hansı zərərçəkən olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar