Mingəçevirdə güclü yanğın: 30 nəfər təxliyə edilib
20 sentyabr 2015 10:00 (UTC +04:00)

Mingəçevirdə güclü yanğın: 30 nəfər təxliyə edilib

Bu gecə Mingəçevir şəhərində hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binada güclü yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub.

 

Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171

Oxşar yazılar