Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun “İnşaatçılar” stansiyası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsi şəhər istiqamətində ("Ağ çiçəyim" şadlıq sarayının yaxınlığı) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Sürücülərə alternativ olaraq Həsən bəy Zərdabi prospektindən istifadə etmələri tövsiyə olunur.