Metroda evakuasiya başa çatdı - NAZİR MİNGƏÇEVİRDƏDİR
03 iyul 2018 20:41 (UTC +04:00)

Metroda evakuasiya başa çatdı - NAZİR MİNGƏÇEVİRDƏDİR

Bakı Metropolitenində enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalanların evakuasiya prosesi başa çatdırılıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, evakuasiya prosesini Bakı Metropolitenin, Daxili İşlər Nazirliyinin, həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həyata keçiblər.

 

 

 

Məlumatda o da qeyd olunub ki, artıq Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub. Hazırda ərazidə qatarlara və xətlərə yenidən baxış keçirilir.

 

Qeyd edək ki, hazırda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mingəçevir İES-dədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

APA Baycan

Oxşar yazılar