
Lənkəran sakini külli miqdarda narkotik satarkən saxlanıldı - FOTO
Astarada 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.
Astara şəhəri Həzi Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellafon torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Saxlanılan Nurəddin Muradov İran İslam Respublikasının vətəndaşı olan Səyavuş adlı bir şəxslə 2 ildir ki, tanış olduğunu və narkotik vasitəni də ondan əldə etdiyini bildirib.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar yazılar

Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19