Külli miqdarda pul mənimsəyən dələduz qadına hökm oxundu - 9 il
05 mart 2015 13:18 (UTC +04:00)

Külli miqdarda pul mənimsəyən dələduz qadına hökm oxundu - 9 il

Külli miqdarda pul mənimsəyən dələduz qadına hökm oxundu - 9 il

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1956-cı il təvəllüdlü İradə Qədirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının qərarı ilə İ. Qədirli 9 il müddətinə azadlıqdan məhrum edilib.  

 

Qeyd edək ki, İradə Hüseyn qızı Qədirli Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayan qonşularını ev tikmək və övladlarını kollecə qəbul etdirmək bəhanəsi ilə aldadaraq onların külli miqdarda pulunu mənimsəyib. O, keçmiş qonşusu Günay Surxay qızı Vəliyevaya oğlunu kollecə düzəltməyə söz verib və bunun üçün ondan 3200 manat alıb. Həmin məhəllədə yaşayan başqa bir qonşusu Ramidə Yusif qızı Əhmədovadan isə 26 min manat alan İradə Qədirli ona ev tikməyə söz verib.

 

İ. Qədirlinin qurbanları yalnız qadınlar deyil. Etibarının qurbanına çevrilənlər arasında kişilər də var. Belə ki, Anar Mirzəli oğlu Həmzəyev də İradəyə ona ev tikməsi üçün 11 min manat həvalə edib. Heydər Tofiq oğlu Muradov və Şura Bağır qızı Muradova da hər biri 51 min manat verərək İradənin onlara ev tikəcəyini gözləyib. Aldadıldıqlarını anlayanda isə çarəni polisə müraciət etməkdə görüblər. Abşeron RPŞ-də Cinayət Məcəlləsinin 178.2.4 və 178.3.2-ci maddələri ilə cinayət işi açılıb və İradə Qədirli barəsində məhkəmənin qərarı ilə həbs qərarı seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Səlcuq Elçin

Oxşar yazılar