
İtkin neftçilərin axtarış-xilasetmə zonası genişləndirilib - Qərargah
“Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” ölkə prezidentinin sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Administrasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış – xilasetmə əməliyyatları uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilir.
Axtarış – xilasetmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi Kinoloji xidmətinin xilasediciləri, Xəzər – Zirə (Bulla) adasına sahiliboyu baxış həyata keçirib. Bundan əlavə Dövlət Neft Şirkətinin Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da xilasetmə əməliyyatlarına cəlb olunub.
Əməliyyatlar, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə
44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv şəkildə davam etdirilməkdədir.
Axtarış – xilasetmə zonasının daha da genişləndirilməsilə əlaqədar olaraq, Axtarış – xilasetmə Qərargahı tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil
olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılmaqdadır.
Sahilboyu ərazilərdə Fövqəladə Halar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri davam etməkdədir.
Oxşar yazılar

Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17
Ucar sakini narkozdan komaya düşdü, 81 gün sonra öldü
5 iyul 2025 , 17:09Kür çayında iki kater toqquşdu, yaralılar var
5 iyul 2025 , 17:03