İş otağından oğurladığı kartla bankomatdan pul çıxardı
12 mart 2018 11:33 (UTC +04:00)

İş otağından oğurladığı kartla bankomatdan pul çıxardı

Siyəzəndə oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Rəşad Muradovun iş otağından içərisində 40 manat və bankomat kartı olan pul kisəsini, habelə “Kapital bank”dakı hesabından 360 manat oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Hicran Qurbanov saxlanılıb.

 

Araşdırma aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar