İmişlidə qəza: 6 yaralı
01 yanvar 2017 20:06 (UTC +04:00)

İmişlidə qəza: 6 yaralı

İmişli rayonunun Bəhrəmətəpə qəsəbəsi ərazisində “VAZ2104” və “QAZ 24” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində “VAZ2104” markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qurbanzadə Arazbəyli Qurban oğlu və “QAZ 24” avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev İbrahim Habil oğlu, o cümlədən 1972-ci il təvəllüdlü Əliyeva Şölə Qismətəli qızı, 1983-cü il təvəllüdlü Əliyeva Ülviyyə İsfəndiyar qızı, 1971-ci il təvəllüdlü Əliyev Vasif Qismətəli oğlu, 1971-ci il təvəllüdlü Əkbərzadə Sənan Miri oğlu müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar