İki VAZ toqquşdu: <span style="color:red;">2 ölü, 4 yaralı
04 iyun 2018 08:14 (UTC +04:00)

İki VAZ toqquşdu: 2 ölü, 4 yaralı

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.  APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gərgər kəndində baş verib. 
 
 
Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər. 
 
 
Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb. 
 
 
Faktla bağlı araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar