İki il əvvəl itkin düşən azyaşlı qız tapıldı: seksual təcavüz qurbanı kimi
06 iyun 2014 20:00 (UTC +04:00)

İki il əvvəl itkin düşən azyaşlı qız tapıldı: seksual təcavüz qurbanı kimi

Binəqədi rayonu 7-ci polis bölməsinin əməkdaşları 2012-ci il iyul ayının 19-dan itkin düşmüş 17 yaşlı qızı tapıblar. Binəqədi rayon Polis İdarəsindən Vesti.az-a verilən xəbərə görə, azyaşlı ötən müddət ərzində seksual təcavüzə məruz qalıb.

 

Əslən Ağdaş rayonundan olan Lalə Əhmədova (ad etik normalara görə dəyişdirilib) 15 yaşında itkin düşüb. Dünən polis əməkdaşları axtarış-əməliyyat tədbiri keçirərkən Laləni Mingəçevirdə tapıb və valideynlərinə qaytarıblar.

Qızın fahişəliyə cəlb edildiyi və Azərbaycanın müxtəlif rayonlarında intim xidmətlər göstərdiyi məlum olub. Onun evdən qaçmasının birinci dəfə olmadığı deyilib. Amma bu dəfə qaçışı çox uzun çəkib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4719
avatar

Oxşar yazılar