1,5 mm həşərat 14 yaşlı qızı öldürdü <span style="color:red;">- AZƏRBAYCANDA DƏHŞƏTLİ OLAY  - <span style="color:red;">YENİLƏNİB
03 avqust 2016 13:19 (UTC +04:00)

1,5 mm həşərat 14 yaşlı qızı öldürdü - AZƏRBAYCANDA DƏHŞƏTLİ OLAY - YENİLƏNİB

 

Şamaxı rayonunda 14 yaşlı qızın hansı həşəratın sancması nəticəsində öldüyü məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Quşçu kənd sakini olan 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlovanı avqustun 1-də yaşadığı evdə qara qurd sancıb. Yaxınları onu əvvəlcə Şamaxı rayon Xəstəxanasına aparsalar da, vəziyyəti pisləşdiyindən Bakıdakı 1 saylı şəhər klinik xəstəxanasına gətiriblər. Lakin artıq gec olub. 14 yaşlı Ruqiyyə güclü zəhərlənmənin yaratdığı ürək və tənəffüs çatışmazlığından vəfat edib.

 

Qeyd edək ki, mütəxəssislər bildirir ki, qara qurd adlanan hörümçəklər ölkəmizdə son 10 ildə yayılmağa başlayıb və Azərbaycana Orta Asiyadan gəlib. Onların zəhəri gürzəninkindən də bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə, o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var.

 

**

 

Şamaxı rayonunda həşərat sancan 14 yaşlı qız ölüb.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şamaxı rayonunun Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 14 yaşlı Ruqiyyə Adıgözəlovanı evlərində zəhərli həşərat sancıb. Xəstəxanaya yerləşdirilən R.Adıgözəlova orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

# 231
avatar

Nizam Rza

Oxşar yazılar