Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Sima Ramazanzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Sima Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sima Ramazanzadə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham edilib. O, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.