
Həbsxanaya telefon keçirilməsinin qarşısı alındı - FOTO
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.1 və 181.3.2 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhərrəmov Yusif Məhərrəm oğluna tanışı Füzuli rayon sakini Alverdiyev İlkin İnqilab oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 3 ədəd plastik qabın içərisində gizlədilmiş daxilində danışıq kartları olan 2 ədəd “Samsung” və 1 ədəd Xiomi” mobil telefon aparatları, 2 ədəd qulaqcıq və 3 ədəd USB kabel aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17
Ucar sakini narkozdan komaya düşdü, 81 gün sonra öldü
5 iyul 2025 , 17:09Kür çayında iki kater toqquşdu, yaralılar var
5 iyul 2025 , 17:03
Şəkidə Bakıdan olan ailə qəzaya düşdü: Yaralandılar - VİDEO
5 iyul 2025 , 15:29
Zaqatalada minik maşınları TOQQUŞDU: Ölən və yaralananlar var - YENİLƏNİB
5 iyul 2025 , 15:04