Gəlinini öldürən kişiyə 18 il HƏBS
22 yanvar 2016 14:31 (UTC +04:00)

Gəlinini öldürən kişiyə 18 il HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini qətlə yetirməkdə təqsirləndirilən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il iyulun 25-də Qusar rayon sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı gəlini Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə atəş açaraq öldürüb.

 

Hadisə ailə münaqişəsi zəminində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243

Oxşar yazılar