<b>İnəyi maşının arxasına bağlayaraq sürüyən şəxs cərimələndi</b>
10 iyul 2018 17:30 (UTC +04:00)

İnəyi maşının arxasına bağlayaraq sürüyən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkədə şəhərin küçəsində iribuynuzlu heyvanın xırda tutumlu yük maşınının arxasına bağlanaraq sürüdülməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sözügedən hadisə ilə bağlı artıq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 10-LO-913 dövlət nömrə nişanlı “Qazel” markalı maşının sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, o İnzibati Xətalar Məcəlləsinin 290.1.2.-ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə edilib.

 

Nazirlikdən bildirilib ki, qanuna görə inzibati işə bir qurum tərəfindən baxılıb qərar çıxarıla bilər, bu halda isə qanunpozucusu barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tədbir görülüb.

ETSN vətəndaşları istər vəhşi heyvanlarla, istərsə də ev heyvanlarıyla qanunvericiliyin tələblərinə uyğun davranmağa, onlarla mərhəmətli olmağa və zorakılığa yol verməməyə çağırır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar