DTX Goranboyda əməliyyat keçirib: <span style="color:red;">saxlanılanlar var
14 iyun 2016 11:19 (UTC +04:00)

DTX Goranboyda əməliyyat keçirib: saxlanılanlar var

İyunun 12-nə keçən gecə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboyda əməliyyat keçirib. Lent.az-ın məlumatına görə, rayonun Tapqaraqoyunlu kəndi yaxınlığındakı Qızıl Kurqan adlanan yerdən talançılıq etmək istəyən bir neçə nəfər saxlanılıb.

 

Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyev Lent.az-a bildirib ki, əvvəllər təmas xəttində neytral zonada olmuş tarixi abidədən oğurluq edilməsi ilə bağlı ilk olaraq rayon icra hakimiyyətinə məlumat daxil olub və dərhal hüquq-mühafizə orqanları məsələ ilə bağlı məlumatlandırılıb: “Dəqiq bilmirəm, ordan nə oğurlanıb. Bizə daxil olan məlumatla bağlı aidiyyatı orqanları məlumatlandırdıq və onlar da üzərlərinə düşən işlə məşğuldurlar”.

 

Fuad Əliyev əlavə edib ki, məlum əməliyyat zamanı onun da saxlanılması xəbəri isə həqiqətə uyğun deyil: “Mən xəstəliyimlə əlaqədar işə çıxmırdım. Hazırda işə çıxıram və öz işimin başındayam”.

 

Qeyd edək ki, Goranboydakı əməliyyatla bağlı ilk xəbəri aznews.az saytı yayıb.

 

Dövlət Təhlükəsizlik Xidməti əməliyyatla bağlı hələlik rəsmi məlumat yaymayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Nizam Rza

Oxşar yazılar