
Dronlar qida daşıyacaq - YENİ LAYİHƏ
"Uber" şirkəti oktyabrın 27-30-da Detroytda keçirilən "Forbes Under 30" sammitində qidanın çatdırılması üçün pilotsuz uçan aparatın konseptini təqdim edib.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, altı rotorlu fırlanan qanadlarla təchiz olunan aparat 120 metr hündürlüyə qalxa, sürəti saatda 48 km təşkil edən küləkli havada qala və şaquli şəkildə enə və qalxa bilir. Dronun idarəetməsi "Uber’s Elevate Cloud Systems" sistemi vasitəsilə həyata keçirilir.
Pilotsuz uçan aparat iki nəfər üçün naharın daxil olduğu bir sifarişi daşımağa imkan verir. Enerji doldurma nəzərə alınmaqla 19 km məsafə (gediş-gəliş) üçün maksimal uçuş müddəti 8 dəqiqə təşkil edəcək.
Bu onunla əlaqədardır ki, dron çatdırılma prosesinin tam tərkib hissəsi deyil: o, yeməyi bilavasitə müştəriyə deyil, sifarişi tamamlayacaq "Uber Eats" sürücüsünə çatdıracaq. Dronların endirilməsi son çatdırılma məntəqəsinin yanında yerləşən "Uber" avtomobilləri üzərinə nəzərdə tutulur.
Plan uğurlu alınacağı təqdirdə pilotsuz uçan aparatın ilk modelinin sınağı 2019-cu ilin sonunda keçiriləcək.
Oxşar yazılar

Şəmkirdə ağır qəza-Ölən var-FOTO
6 iyul 2025 , 10:46
Laçında yük maşını dərəyə aşdı-FOTO
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52