420 min manat mənimsəyən qadın məhkəmədə həbs edildi
14 fevral 2017 13:50 (UTC +04:00)

420 min manat mənimsəyən qadın məhkəmədə həbs edildi

 

420 min manatdan çox pulu dələduzluqla ələ keçirməkdə təqsirləndirilən Asya Hüseynova və Sevinc Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, A. Hüseynova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S. Orucova barəsində polis nəzəritəndə olan həbs qətimkan tədbiri dəyişdirilib və 8 il müddətinə azadlıqdan mərhum edilib. O, məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər kustar üsulla hazırlanmış saxta qızılları girov qoyaraq dələduzluq yolu ilə Səmayə Hüseynovanın ümumilikdə 380 min manat, Gülşən İmranovanın isə 42 min manat nəğd pulunu ələ keçiriblər.

 

Sevinc Orucova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 83
avatar

Səlcuq Elçin

Oxşar yazılar