
Çimərlikdə kütləvi dava: 4 nəfər xəsarət alıb
Mərdəkan qəsəbəsində yerləşən "City Beach" çimərliyində 1989-cu il təvəllüdlü Rzayev Teymur Teymur oğlu, 1995-ci il təvəllüdlü Cavadov Qədim Aydın oğlu, 1994-cü il təvəllüdlü Mikayılov Əmrah Zaur oğlu və 1988-ci il təvəllüdlü Şəkiyeva Leyla Əlibəy qızı döyülərək xəsarət alıblar.
APA xəbər verir ki, yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.
T.Rzayevə döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.Cavadova sol yanağın və hər iki dizin əziyi, Ə.Mikayılova boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Şəkiyevaya isə sol qulağın sıyrılması diaqnozu qoyulub.
Onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Cəlilabadda dağlıq ərazi yanır, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 18:48
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17