<b>Banklara borcu olan şəxs ölkədən qaçarkən yaxalandı - <span style="color:red;">FOTO </b>
09 yanvar 2018 14:30 (UTC +04:00)

Banklara borcu olan şəxs ölkədən qaçarkən yaxalandı - FOTO

Yanvarın 5-də Azərbaycan vətəndaşı 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusarın Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Lent.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257

Oxşar yazılar