Bakının mərkəzində mağazaya basqın: <span style="color:red;">40 telefon apardılar
07 dekabr 2016 11:47 (UTC +04:00)

Bakının mərkəzində mağazaya basqın: 40 telefon apardılar

Bakının mərkəzindəki mağazalardan birindən külli miqdarda oğurluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini Nazim Məmmədəliyevə məxsus mağazadan 40 ədəd mobil telefon və aksüssuarları, noutbuk və 80 ədəd mobil telefon nömrəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Abışov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan İbrahimov tutulub. F.Abışovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Yusif Orucovla birgə 1 mağazadan spirtli içki oğurlaması da müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə Y.Orucov da tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar