Zəncirvari qəza:<span style="color:red;"> 6 maşın toqquşdu, 2 ağır yaralı
07 oktyabr 2014 10:02 (UTC +04:00)

Zəncirvari qəza: 6 maşın toqquşdu, 2 ağır yaralı

 

Bakıda zəncirvari qəza baş verib. APA-nın məlumatına görə, Binəqədi rayonunda 6 maşının toqquşması və 2 nəfərinin ağır yaralanması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

 Sürücüsü məlum olmayan “Mercedes” markalı  avtomobil  Mir Cəlal Paşayev küçəsi ilə üzü  avtovağzal istiqamətində  yüksək sürətlə  hərəkətdə  olarkən  qəfil   idarəetməni itirib.

 

Sürücü  avtomobili  əvvəlcə  qarşısında  hərəkətdə  olan “Daewoo Damas”-a  çırpıb. Hər  iki  avtomobil  yoldakı  arakəsməni   aşaraq yolun  əks  istiqamətinə  düşüb. Qəzaya  səbəb olan  "Mercedes"  daha sonra yol kənarında dayanan  başqa  bir "Mercedes"ə,  o da  eyni markalı başqa 2  "Mercedes"ə çırpılıb.  Zərbə  güclü  olduğundan  "Mitsubishi" yə  dəyən  " Daewoo "un sürücüsü ön şüşədən  çıxaraq  təqribən  10 metr  kənara  düşüb. "Mitsubishi"nin  sürücüsü  isə, ağır vəziyyətdə  ətrafdakıların  köməyi  ilə maşından çıxarılıb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına  aparılıb.

 

Qəzanın baş verdiyi əraziyə  Binəqədi  Rayon Polis idarəsinin  əməkdaşları  gəliblər. Qəzanı törədən sürücü  polis  idarəsinə,  yararsız  vəziyyətə  düşmüş avtomobillər  isə cərimə  meydançasına  aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə yüksək sürət səbəb olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768
avatar

Oxşar yazılar