Bakıda yol qəzaları:<span style="color:red;"> 2 ölü, 13 yaralı
14 mart 2014 09:59 (UTC +04:00)

Bakıda yol qəzaları: 2 ölü, 13 yaralı

Martın 13-də Bakıda baş vermiş yol qəzalarında 2 nəfər həlak olub. Lent.az-ın məlumatına görə, gün ərzində ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Ölümlə nəticələnən qəzalar Qaradağ və Binəqədi rayonlarında qeydə alınıb. Qaradağda sərnişin avtobusu ilə “Tayoto Prado” toqquşub. Nəticədə 1 nəfər həlak olub. Daha 3 nəfər isə yaralanıb. Binəqədidə isə minik avtomobilinin vurduğu 33 yaşlı qadın ölüb.

 

Hər bir faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523

Oxşar yazılar