Bakıda yanan 16 mərtəbəli binada CİNAYƏT
20 sentyabr 2015 16:51 (UTC +04:00)

Bakıda yanan 16 mərtəbəli binada CİNAYƏT

Mayın 19-da Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli binada oğurluğa cəhd olub. Lent.az xəbər verir ki, sentyabrın 17-də gecə saat 03:00 radələrində Azadlıq prospekti 200/34 ünvanda yerləşən 16 mərtəbəli yaşayış (yanan bina) binasından təxminən 500 manat dəyərində elektrik paylayıcını cərəyandan ayıraraq oğurlamağa cəhd edilib. Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları Ağdam rayonunda anadan olmuş, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bayram Ramiz oğlunu cinayət başında yaxalayıb.

 

O, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251

Oxşar yazılar