Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edənlərlə bağlı YENİ XƏBƏR
10 iyul 2018 13:40 (UTC +04:00)

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edənlərlə bağlı YENİ XƏBƏR

 

 

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 10-na təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonunun Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir sakini N.Mustafayev tutulublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Səlcuq Elçin

Oxşar yazılar