Bakıda tuneli bağlayıb şampan partladan gənclər həbs edildi<span style="color:red;"> - VİDEO  - YENİLƏNİB
18 iyul 2018 18:41 (UTC +04:00)

Bakıda tuneli bağlayıb şampan partladan gənclər həbs edildi - VİDEO - YENİLƏNİB

Bakıda körpünün altında şampan partlatmaqla tuneli kəsən toy karvanının sürücüləri saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həmin şəxslər aşkar olunaraq məsuliyyətə cəlb edilib.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu xuliqanlıq əməlini törədən 7 avtomobil aşkar edilib, 5 nəfər sürücü həbs edilib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şampan partladan və fişəng atan 5 nəfər də məsuliyyətə cəlb edilib. Həbs edilən sürücülər 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka azadlıqdan məhrum ediliblər.

 

Həbs edilən şəxslər Binəqədi rayon sakinləri 90 BV 896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bürhanəddin Əliyev, 90 UT 031 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rəsul Rəsulov, 99 MN 399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Qusar rayon sakini Orxan Hacıbalayev, 10 CP 063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Abşeron rayon sakini Rəşad Cabbarov, 10 NX 240 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon sakini Elməddin Əliyevdir.

 

Qeyd edək ki, Bakıda toy karvanında hərəkət edən bir qrup şəxs körpünün altındakı tuneldə yolu kəsərək şampan partladıb, nəticədə digər sürücülər tıxacda qalıb. Sosial şəbəkələrdə yayılan bu görüntülər cəmiyyətdə narazılıqla qarşılanıb. 

 

*****

 

15:03

 

Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı. Lent.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, xuliqanlıq etmiş gənclər avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olan dostlardır

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

Oxşar yazılar