Bakıda törədilmiş qətllə bağlı RƏSMİ AÇIQLAMA
29 oktyabr 2014 17:57 (UTC +04:00)

Bakıda törədilmiş qətllə bağlı RƏSMİ AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb. E.Kərimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunub, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

 

Hazırda iş üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2006
avatar

Oxşar yazılar