Bakıda qadınlar arasında 68 min manat DAVASI
25 oktyabr 2015 19:45 (UTC +04:00)

Bakıda qadınlar arasında 68 min manat DAVASI

Bakı sakini tanışına verdiyi 67500 manat pulu geri ala bilmir. Lent.az-ın məlumatına görə, polisə müraciət edən Badamdar qəsəbə sakini Gülnar Abdullayeva bu ilin mayında tanışı, 1972-ci il təvəllüdlü Bəturə Qasımovaya 67 min 500 manat verdiyini deyib. 

 

Şikyətçi qeyd edib ki, pulu həmin şəxsə mayın 12-dən 28-dək olan müddətdə hissə-hissə verib. B.Qasımova bu pulla ticarətini böyüdəcəyini deyib.

 

Lakin qarşı tərəf vəd verdiyi kimi pulu vaxtında qaytarmayıb.

 

Müraciət əsasında araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar