Bakıda "Porsche" polis maşını ilə belə toqquşdu - <span style="color:red;">DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜSÜ
30 may 2017 17:38 (UTC +04:00)

Bakıda "Porsche" polis maşını ilə belə toqquşdu - DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜSÜ

 

Bakıda bu gün səhər saatlarında polis əməkdaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb.

 

Toqquşma anını əks etdirən görüntüləri APA-ya şahidlər təqdim ediblər.

 

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı maşın toqquşub.

 

Qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

 

**

13:23

Bu gün Bakıda polis avtomobilinin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, qəza polis serjantı, 24 avqust 1992-ci ildə anadan olmuş Zeynallı Emin Adil oğlunun idarə etdiyi 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobilin “SOCAR” yanacaqdoldurma məntəqəsinə dönməsi zamanı baş verib.

 

Məlum olub ki, Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo”ya arxadan yüksək sürətlə çırpılan 10 VV 155 dövlət qeydiyyat nişanlı “Porsche Cayenne”i Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib.


 

Bu arada məlum olub ki, qəzada ölən Emin Zeynallı 1 il imiş ki, polis sıralarında xidmətə başlayıbmış. 

 

 

*****

 

12:28

 

Bakıda dəhşətli qəzada ölən polisin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, “Porsche Cayenne” markalı, 10 VV 155 dövlət qeydiyyat nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Zeynallı Emil Adil oğlu olub.

 

Bildirilir ki, E.Zeynallı polis avtomobilini idarə edərkən “Porsche” yüksək sürətlə arxadan çırpılıb. Zərbənin gücündən o, maşının şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib.

 

Qəzadan sonra “Porsche”ni idarə edən şəxs xəstəxanaya aparılıb.

 

 

*****

 

11:10

 

Bu gün Bakıda ağır yol qəzası baş verib. lent.az xəbər verir ki, saat 10 radələrində Səbail rayonu Bibiheybət yolunda "Porsche Cayenne" markalı avtomobil "Fiat Doblo" markalı polisin post patrul avtomobilinə çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar Kliniki Mərkəzə aparılıb. Onlardan biri xəstəxanada vəfat edib.

 

Bildirilir ki, ölən şəxs polis əməkdaşıdır.

 

Hadisə yerindən çməkilmiş bəzi fotoları təqdim edirik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Nizam Rza

Oxşar yazılar