Bakıda heroin satmaq istəyən şəxslər tutulub.
Bakı Şəhəri Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rasim Nuriyevdən 181 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Cəlilabad rayon sakini Fərman Hüseynov 0,354 qram heroini satmaq istəyərkən tutulub. Daha sonra ona narkotik maddə satan həmyerlisi Məhəmməd Süleymanov da yaxalanıb.
Xəzər RPİ Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə İntiqam Göyçayev üç bükümdə ümumi çəkisi 0,195 qram heroini satmaq istəyərkən tutulub.