Azərbaycan Milli Elmlər Akademiyasının Botanika bağında yanğın baş verib. Lent.az-ın məlumatına görə, səhlənkarlıq nəticəsində baş vermiş yanğın nəticəsində bağın ərazisində 500 kvadrat metr sahədə quru ot yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazirliyə bu barədə məlumat daxil olmayıb.