Bakıda bank filiallarından birinin qarşısında soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsinə müraciət edən 1999-cu il təvəllüdlü Emin Xəlilov qeyd edib ki, banklardan birinin Cavadxan küçəsindəki filialından çıxarkən naməlıum şəxs sürətlə ona yaxınlaşıb və əlindəki 100 dolları dartıb alaraq uzaqlaşıb.
Müraciət əsasında araşdırma aparılır.