Bakıda ağır qəza: qadın öldü
01 iyun 2014 10:55 (UTC +04:00)

Bakıda ağır qəza: qadın öldü

Bakı şəhərinin Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsində 1993-cü il təvəllüdlü Fərmanzadə Nicat Mehman oğlu idarə etdiyi "VAZ 21 015" markalı avtomobillə yolu keçməyə çalışan qadını vurub. Nəticədə piyada, 1951-ci il təvəllüdlü Markovna Valentina Kərimova aldığı zərbədən hadisə yerindəcə keçinib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2038

Oxşar yazılar