<b>Mehdiabadda ağır qəza:</b> <span style="color:red;">ölən var  - YENİLƏNİB
17 oktyabr 2016 11:43 (UTC +04:00)

Mehdiabadda ağır qəza: ölən var - YENİLƏNİB

Mehdiabadda maşının öldürdüyü piyadanın adı məlum olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 16-da saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Afiz Mirzəyev vurulub. Xəstəxanaya yerləşdirilmiş A.Mirzəyev orada ölüb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

***

 

10:25

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Mehdiabad qəsəbəsi ərazisində naməlum avtomobil 51 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada vəfat edib. Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.

 

Əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Nizam Rza

Oxşar yazılar