Bakı bulvarında faciə: <span style="color:red;">ölən var  - YENİLƏNİB
02 aprel 2018 12:55 (UTC +04:00)

Bakı bulvarında faciə: ölən var - YENİLƏNİB

Dünən özünü Bakı bulvarı ərazisindən dənizə ataraq intihar edən şəxsin meyitini tapmaq hələlik mümkün olmayıb. Lent.az xəbər verir ki, hadisə barədə polisə 2 müraciət daxil olub. Günorta saatlarında Saat qülləsinin yaxınlığındn keçən şəxslər DİN-in 102 qaynar xətt nömrəsi ilə əlaqə saxlayaraq 40-45 yaşlı kişinin özünü dəniz atdığını bildiriblər.

 

Hazırda özünü dənizə atan şəxsin meyitinin tapılması və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

 

*****

 

1 aprel

 

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Əlavə məlumat veriləcək.​​

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar