Bakı-Şamaxı yolunda avtomobil aşıb: <span style="color:red;">bir ailənin 3 üzvü yaralı
14 sentyabr 2015 10:26 (UTC +04:00)

Bakı-Şamaxı yolunda avtomobil aşıb: bir ailənin 3 üzvü yaralı

Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 13-də yolun 86-cı km-liyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini Vüsal Muradovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

 

Hadisə zamanı sürücü Vüsal Muradov, həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Həsənova və 4 yaşlı övladı Sadiq Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar