Bu gün səhər saat 7.00 radələrində Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində bir nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Rusiyanın Voronej şəhərində vəfat etmiş Neftçala rayonunun Xol Qaraqaşlı kənd sakini, 1982-ci il təvəllüdlü Əliyev Cəsur Teyyub oğlunun cənazəsini gətirən “QAZel” markalı yük avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.
Nəticədə “QAZel” markalı avtomobildə olan sərnişin, Astara rayon sakini Həyat Rəsulov hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Nurlan Teyyub oğlu Əliyev (mərhumun qardaşı) isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “QAZel” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
*****
10:20
Bu gün səhər saatlarında Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə yolun 43-cü kilometrliyində "SHACMAN" və "QAZ" markalı 2 yük avtomobilinin toqquşması ilə bağlı məlumat daxil olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Qəzanın səbəbləri araşdırılır, zəruri ekspertizalar təyin olunub.