Azərbaycanda torpaq sahələri ilə bağlı <span style="color:red;">VACİB QƏRAR
03 noyabr 2015 18:17 (UTC +04:00)

Azərbaycanda torpaq sahələri ilə bağlı VACİB QƏRAR

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllənin 70-ci maddəsi ləğv edilib.

 

Bundan başqa 88-1-ci maddə aşağıdakı redaksiyada verilib:

 

“Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

 

88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

 

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

 

88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

 

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”.

 

3. 88-3-cü maddə üzrə:

 

3.1. dispozisiyasına “mühafizə zonalarındakı torpaq sahələri” sözlərindən sonra “, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri əlavə edilsin;

 

3.2. sanksiyasında “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “min beş yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

 

Qeyd edək ki, 70-ci maddə meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsini əks etdirirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar