
Azərbaycanda QANLI OLAY: həmyerlisini qətlə yetirdi
Füzuli Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçiriblər.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinənin orada işləyən həmyerlisi N.Həsənov olması müəyyən edilib.
N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar yazılar

Şəmkirdə ağır qəza-Ölən var-FOTO
6 iyul 2025 , 10:46
Laçında yük maşını dərəyə aşdı-FOTO
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52