Rusiyada adam öldürən şəxslər Azərbaycanda tutulub
15 oktyabr 2014 13:28 (UTC +04:00)

Rusiyada adam öldürən şəxslər Azərbaycanda tutulub

Axtarışda olan 4 nəfər şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar - İlqar Əmirov və Famil Qurbanov, 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar - Vüqar Məmmədov və Cəbrayıl Fərzəliyev tutulublar. 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar