Avtomobil yola çıxmış heyvana çırpıldı: <span style="color:red;">3 yaralı
12 oktyabr 2017 10:45 (UTC +04:00)

Avtomobil yola çıxmış heyvana çırpıldı: 3 yaralı

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, dünən saat 20 radələrində Zəngənə kəndində “VAZ 2107” markalı avtomobil yolun hərəkət hissəsinə çıxmış iribuynuzlu heyvana çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər ağır xəsarət alıb.

 

Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar