
Avtomobil beton dirəyə çırpıldı: yaralılar var - FOTO - YENİLƏNİB
Şirvanda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cavadov Abuzər Kamal oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılması nəticəsində 4 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Onlardan Sabirabad rayonu Qaraağac kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Cavid Əsgər oğlu kəllə-beyin travması ilə reanimasiya şöbəsinə, digərləri - Sabirabad sakini, 2001-ci il təvəllüdlü Güloğlanov İsmayıl Cavad oğlu, Şirvan sakinləri, 2003-cü il təvəllüdlü Cavadov Musa Abuzər oğlu və 2008-ci il təvəllüdlü Cavadov Məhəmməd Abuzər oğlu travmatologiya şöbəsinə yerləşdiriliblər.
Qəza törədən sürücünün sərxoş olduğu və hadisə yerindən qaçdığı bildirilir.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.
***
Saat 16:38
Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54