Aktyorun tualetdə "özünü asmasının" ŞOK TƏFƏRRÜATI-MESAJLAR
24 yanvar 2016 18:13 (UTC +04:00)

Aktyorun tualetdə "özünü asmasının" ŞOK TƏFƏRRÜATI-MESAJLAR

“Aktyor Asim Məmmədovun özünü asması xəbəri yalandır”.

 

Bu barədə Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə hadisənin baş verdiyi iddia olunan vaxtda aktyor tamaşada məşqdə olub: “Həmin vaxt teatrımızda yenicə baş rejissor təyin olunan Xəzər Gəncəlinin rəhbərliyi ilə “Müfəttiş” tamaşasının məşqi gedirdi. Məşq prosesi zamanı, aktyorun da orda iştirak etdiyi bir vaxtda gördük ki, mətbuatda aktyorun özünü asması ilə bağlı xəbərlər yayılıb. Dərhal aktyorla görüşüb məsələni aydınlaşdırmağa çalışdıq. O, bildirdi ki, belə bir hadisə olmayıb. Sadəcə onun adından istifadə edilib”.

 

Teatr rəsmisi bildirib ki, bu məsələdə bu yaxınlarda teatrdan qovulan aktyor İbrahim Salamovun “xüsusi əməyi” var: “Aktyor Asim Məmmədovun kənarda 7-8 min borcu var. Bundan xəbər tutan İbarhim Salamov onunla görüşüb  məsləhət edib ki, “gəl  sənin məsələni mətbuata qaldırıb şişirdək, bundan sonra borclu olduğu adamlar qaçıb gizlənəcək və səndən heç kim pul tələb etməyəcək”. Daha sonra hansısa jurnalist Asim Məmmədova zəng edərək onun borcu olub-olmadığı barədə sual verib və mətbuatda əsassız məlumat dərc edib. Bu barədə Asim Məmmədov öz izahatında bildirib və bizə İbrahim Salamovun ona yazdığı mesajları göstərib”.

 

Vüsal Məmmədov əsassız məlumatın yayılmasına görə bəzi jurnalistləri qınayıb: “Bəzi jurnalistlər reytinq xətrinə bir insanın taleyi ilə oynayır. Asim Məmmədov teatrın sevilən, ali dərəcəli aktyorudur. Bu, sadəcə Salamov İbrahimin teatrımıza qarşı növbəti çirkin bir oyunu, kompaniyasıdır. Aktyorun kimsə borcu varsa onun teatra nə dəxliliyi var?

 

Asim Məmmədov  özü də mətbuata açıqlama verərək bildirib ki,  əgər belə bir hadisə olsaydı olsaydı onun boğazında hansısa izlər olardı”.

 

Məsələ ilə əlaqədar aktyorun özü ilə əlaqə saxladıq. Aktyor həqiqətən borcu olduğunu, lakin heç vaxt intihar etmək barədə düşünmədiyini deyib: “Bir neçə gün bundan əvvəl İbrahim Salamovla görüşüb borcum olduğunu demişdim. O da təklif etdi ki, gəl bunun mətbuata çıxardaq. Lakin mətbuata hansı məlumat verdiyindən xəbərsizəm. Dünən bir jurnalist mənə zəng edib borcum olduğu barədə soruşdu, mən də cavab verdim ki, var. Daha sonra isə xəbər tutdum ki, mətbuatda yayılıb ki, guya mən teatrın tualetindən özümü asmışam. Bu barədə eşidəndə şoka düşdüm. Qohumlarım da çox narahat olublar. Məlumat tamamilə yalan və əsassızdır.”

 

Onu da əlavə edək ki, Mingəçevir Dövlət Dram Teatrı  ali dərəcəli aktyoru Asim Məmmədovun barəsində mətbuatda yalan məlumat yayıldığı barədə bəyanat yayıb.

 

Xatırladaq ki, ölkə.az saytında yayılan məlumata görə Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov intihara cəhd etmək istəyib. Aktyor özünü teatrın tualetində assa da, son anda onu xilas etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar