Ağsuda iki “VAZ” toqquşdu - 2 yaralı
19 noyabr 2017 21:34 (UTC +04:00)

Ağsuda iki “VAZ” toqquşdu - 2 yaralı

Ağsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 159-cu kilometrliyində, Ağsu şəhəri ərazisində qeydə alınıb.

 

İki “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu şəhər sakini 1994-cü il təvəllüdlü Cavadzadə Azər Qəhrəman oğlu və rayonun Qəşəd kənd sakini 1980-ci il təvəllüdlü Osmanov Xalid Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar