"Qaz kəməri partlamayıb" - FHN-dən yayılan xəbərlərə MÜNASİBƏT
04 iyun 2019 15:09 (UTC +04:00)

"Qaz kəməri partlamayıb" - FHN-dən yayılan xəbərlərə MÜNASİBƏT

Paytaxtın Nizami rayonunda Əli Vəliyev və Şərifli küçələrinin kəsişməsində yanğın hadisəsi qeydə alınıb. 
 
APA-nın xəbərinə görə, yanğın otluq sahədə qeydə alınıb.
 
Bəzi saytlar yanğının qaz kəmərinin partlaması nəticəsində baş verdiyini yazıblar. Fövqəladə Hallar Nazirliyi isə yayılan xəbərləri əsassız sayır. Nazirliyin mətbuat xidməti bildirir ki, yanğın barədə məlumat saat 13:15-də daxil olub. Saat 13:25-də yanğınsöndürənlər hadisə yerinə çatıblar. Saat 13:35-də yanğın lokallaşdırılıb, saat 13:50-də isə tam söndürülüb. 
 
Fövqəladə Hallar Nazirliyi bir daha kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş məlumat yaymamağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar