<span style="color:red;">Türkiyədə qanlı bazar ertəsi:  daha 4 polis şəhid edildi
10 avqust 2015 15:25 (UTC +04:00)

Türkiyədə qanlı bazar ertəsi: daha 4 polis şəhid edildi

 

 

Türkiyənin Şırnak şəhərində zirehli polis maşını PKK terrorçularının basdırdığı minaya düşüb.

 

Lent.az-ın “sözcü.com.tr”yə istinadən xəbərinə görə, hadisə nəticəsində maşındakı 4 polis şəhid olub, bir polis əməkdaşı isə ağır yaralanıb.

 

Şırnakda PKK-nın gənclik qolunun açdığı xəndəklərə müdaxilə etmək üçün hadisə yerinə gedən polis maşını minalar basdırılmış yoldan keçərkən terrorçuları uzaqdan idarə etdikləri sistemlə bombaları partladıb. Hazırda teraktın baş verdiyi ərazidə polislərlə terrorçular arasında atışma davam edir.

 

Qeyd edək ki, bu gün PKK terrorçuları İstanbulda da polis şöbəsinə və ABŞ konsulluğuna bombalı-silahlı basqın edib. Həmçinin, Şırnakda helikopterə atış açıb. Teraktlar nəticəsində ümumilikdə 5 polis, 1 hərbçi şəhid edilib, onlarla şəxs isə yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar