<span style="color:red;">ŞOK:  Azərbaycanda qəzet işçisi baş redaktor tərəfindən zorlandığını iddia edir
19 aprel 2014 12:18 (UTC +04:00)

ŞOK: Azərbaycanda qəzet işçisi baş redaktor tərəfindən zorlandığını iddia edir

Binəqədi rayonunda zorlama hadisəsi baş verib. Lent.az-ın vesti.az-a istinadən xəbərinə görə, bu barədə Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
 

 

İdarənin 5-ci polis bölməsinə 28 yaşlı Sevinc Rəhmanova (ad etik səbəblərdən dəyişib ) müraciət edərək aprelin 10-da Ziya Bünyadov prospektində yerləşən “M...” qəzetinin 25 yaşlı baş redaktoru tərəfindən zorlandığını bildirib.

 


S. Rəhmanova şikayət ərizəsində həmin qəzetdə işlədiyini və elə qəzet redaksiyasında zorlandığını qeyd edib.

 

Polis idarəsindən verilən məlumata görə, hələlik baş redaktorun günahkar olduğu sübut edilməyib. Bundan başqa, müstəntiq niyə qızın məhz 9 gündən sonra müraciət etdiyini araşdırır. Zorlama faktının sübut olunmasının çətin olduğu bildirilir. Çünki iddia olunan cinayət hadisəsindən 9 gün keçib.

 

Saytın yazdığına görə, sözügedən qəzetin, zərərçəkənin və təqsirləndirilənin adı bəllidir. Ancaq istintaq maraqları nəzərə alınaraq, hələlik açıqlanmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7337
avatar

Oxşar yazılar