Şirvanda qəza: sürücü ağır yaralanıb
27 iyul 2014 15:12 (UTC +04:00)

Şirvanda qəza: sürücü ağır yaralanıb

Şirvan şəhərində ağır yol qəzası baş verib. Şirvan polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 12.30 radələrində şəhərin 1 may küçəsində ağır avtoqəza baş verib. Şirvan sakini 1982-ci il təvəllüdlü Qocayev Xəqani Yadulla oğlunun idarə etdiyi “VAZ 21074” markalı 19 BB 915 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən Şirvan sakini 1958-ci il təvəllüdlü Qasımov Nazim Nadir oğlunun   idarə etdiyi “ZİL 130” markalı 69-53 АГЦ (köhnə) dövlət nömrə nişanlı sudaşıyan avtomobilə çırpılıb. Hadisəyə səbəb yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və minik avtomobilinin sürət həddinin aşdığı göstərilir. Qəza nəticəsində VAZ 21074 markalı avtomobilin sürücüsü Xəqani Qocayev açıq kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğundan Bakı şəhəri neyrocərrahiyyə mərkəzinə aparılması gözlənilir.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54